Türkiyənin Xarici işlər naziri Hakan Fidan ilə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan arasında telefon danışığı olub.
Oxu24.com xəbər verir ki,görüş zamanı ikitərəfli əlaqələr və Qurana hücumlara qarşı görüləcək tədbirlər müzakirə edilib.
Nazirlikdən verilən məlumata görə, xarici işlər naziri Hakan Fidan İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan ilə telefon danışığı aparıb.
Görüş zamanı ikitərəfli əlaqələr, İslam Əməkdaşlıq Təşkilatının səfərbərliyi və Qurana qarşı rəzil hücumlara qarşı birgə görüləcək tədbirlər müzakirə edilib.
Tərcümə:Aynurə Məcidova
ŞƏRHLƏR