Ruslar Mariupolda tikintiyə gedən Özbəkistan vətəndaşlarını cəbhəyə göndərdilər.
Oxu24.com xəbər verir ki,Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının xülasəsində deyilir.
“Rusiya qoşunlarının Donetsk vilayətinin müvəqqəti işğal olunmuş Qorlovka bölgəsində yerləşən bölmələrində Özbəkistan vətəndaşlarının olması qeyd edilib. Həmin şəxslər Mariupol şəhərinə tikinti işləri aparmaq üçün gəliblər”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ölkəyə gəldikdən sonra Özbəkistan vətəndaşlarının pasportları götürülərək könüllü olaraq səfərbər edilib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR