Konstantin Zatulin, Vitali Milonov, indi də Pyotr Tolstoy.
OXU24.COM Xəzər TV-yə istinadən bildirir ki, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salanların sayı artır. Bu dəfə Rusiya Dövlət Dumasının sədr müavni və Vahid Rusiya Partiyasının üzvü Pyotr Tolstoyun açıqlaması ciddi narazılıqla qarşılanıb.
Millət vəkili Aydın Mirzəzadə bildirib ki, Pyotr Tolstoyun dedikləri orta əsr təfəkkürünün, Çar Rusiyasının işğalçılıq ideologiyasının qalığıdır.
"Pyotr Tolstoy bilməlidir ki, bugünkü dünyada sülhün, stabilliyin qorunmasının əsas şərtlərindən biri dövlətlərin suverenliyinə, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır."
Azərbaycan Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində əsas rol oynayır və bu, Rusiya üçün də önəmlidir, - deyən Aydın Mirzəzadə qeyd edib ki, Azərbaycan həmişə balanslaşdırılmış xarici siyasət yürüdür.
"Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan şəxslərin sayının artması isə təəssüf doğurur."
Aydın Mirzəzadə, Rusiyanın rəsmi dairələri qısa bir zamanda hakim partiyanı təmsil edən vitse-spiker postunda olan Tolstoyun fikirlərinə aydınlıq gətirəcəklərinə və təkzib edəcəklərinə inandığını deyib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
Oxu24.com
ŞƏRHLƏR