Meksikadakı qum fırtınaları 3 şəhərdə elektrik enerjisinin kəsilməsinə və maddi ziyana səbəb olub.
Oxu24.com xarici mediaya istinadən xəbər verir ki,Qum fırtınası Meksikanın şimalında yerləşən Sonora ştatında təsirli olub.
Fırtına əyalətin paytaxtı Hermosillo ilə yanaşı, Quaymas və Empalme şəhərlərində də təsirli olarkən, bölgədə elektrik enerjisinin yüzdə 80 kəsildiyi və maddi ziyanın olduğu bildirilib.
Ştatın 3 şəhərini vuran tufan nəticəsində bir çox binanın damları uçub, aşmış ağaclar yolları bağlayıb və nəqliyyatın hərəkətinə mane olub. Elektrik kəsilməsi ilə yanaşı, rabitədə də fasilələr yaranıb.
Qum fırtınası səbəbindən səma sarıya çevrildiyi üçün görmə qabiliyyəti azalıb.
Sonora əyalətinin qubernatoru Alfonzo Durazo təbii fəlakətdən sonra verdiyi açıqlamada fırtına səbəbiylə insan itkisinin olmadığını, yanğınsöndürənlərin və mülki müdafiə qruplarının bölgədə dəymiş ziyanı aradan qaldırmağa çalışdığını bildirib.
Qubernator Durazo həmçinin ictimaiyyətdən zərurət olmadıqca evlərini tərk etməməyi, sakit olmağı və səlahiyyətlilərin göstərişlərinə əməl etməyi xahiş edib.
Meteoroloqlar qum fırtınalarının qumu daşıyan quraq bölgələrdə güclü küləklər səbəbindən baş verdiyini də izah ediblər.
Fırtına ilə birlikdə daşıdığı toz və qumun xüsusilə astma, bronxit və allergik rinit xəstələrinin sağlamlığına mənfi təsir göstərdiyi bildirilib.
Mümkün toz fırtınası zamanı toz və qumun təsirindən qorunmaq üçün bir yerə sığınmaq, evdəki bütün hava girişlərini bağlamaq, açıq havada olmaq məcburiyyətində olanlar üçün maska və eynəkdən istifadə etmək tövsiyə olunub.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR