Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92992
az

Nikaraqua prezidenti  Zelenskini faşist adlandırıb

12:5222 İyul, 2023
147
DÜNYA
  • A

Nikaraqua prezidenti Daniel Orteqa Ukrayna prezidenti Vladimir Zelenskini faşist adlandıraraq, Qərbin onun Latın Amerikası və Karib Hövzəsi Dövlətləri Birliyinin (CELAC) və Avropa İttifaqının sammitində iştirakında israr etdiyini xatırladıb.

 

Oxu24.com xəbər verir ki,O, bu barədə “Canal 4” telekanalının yayımladığı Sandinista İnqilabının ildönümünə həsr olunmuş mərasimdə danışıb.

 

"Aİ-nin CELAC ilə bu görüşündə müzakirə edilən ilk məqam o oldu ki, avropalılar faşisti, Ukraynanın nasist prezidentini iştiraka dəvət etmək istəyirdilər.

 

Avropalılar çox təzyiq göstərdilər, lakin əksər ölkələr bunu qəbul etmədilər, Ukraynanın faşist prezidentini ora qoya bilmədilər", - Orteqa bildirib.

 

Nikaraqua prezidenti həmçinin bildirib ki, avropalılar yekun bəyannaməyə Rusiyanın xüsusi əməliyyatını pisləyən bəndlər daxil etməyə çalışıblar, lakin Latın Amerikası dövlətlərinin nümayəndələri oxşar mövqeyə malik sənədi imzalamaqdan imtina ediblər. Buna görə də sənədin son variantında Rusiyadan heç bir qeyd yoxdur.

 

Orteqa vurğulayıb ki, Ukrayna məsələlərinin Avropa İttifaqı tərəfindən sammitin gündəliyinə daxil edilməsi ilkin olaraq məntiqli deyil.

 

Xatırladaq ki, iyulun 17-18-də Brüsseldə Aİ-CELAC sammiti keçirilib.

 

Tərcümə:Aynurə Məcidova

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Zukerberq Trampa 25 milyon     dollar      ödəyəcək
Pentaqon təyyarə qəzası ilə bağlı     araşdırma    başlatdı
Venesiyanı su basdı- Fotolar

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxan şəxs      evə     buraxıldı
Cinayətdə şübhəli bilinən28     nəfər      saxlanıldı