Polşa Belarusla sərhədini Amerikanın Apaçi hücum helikopterləri ilə gücləndirməyi planlaşdırır.
Oxu24.com xəbər verir ki,bu barədə ölkənin milli müdafiə naziri Mariuş Blaşak məlumat verib.
"Bu, Polşa Ordusunun çox ciddi gücləndirilməsidir, çünki bizim məqsədimiz Polşanın Rusiya tərəfindən hücuma məruz qalmaması üçün belə güclü Polşa Ordusu yaratmaqdır. Bu, Polşa Ordusunun gücləndirilməsi olmalıdır", - siyasətçi bildirib.
Nazir onu da əlavə edib ki, Varşava ABŞ-dan 96 Apaçi almağa hazırlaşır. O vaxta qədər amerikalılar ona öz ehtiyatlarından bu maşınlardan səkkizini verəcəklər.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Polşanın aqressiv siyasəti Rusiya və Belarusun təhlükəsizliyinin təmin edilməsinə diqqətin artmasına səbəb olub. Onun şərhi Polşa hərbi briqadalarının Belarus Respublikası ilə sərhədə köçürülməsi ilə bağlı məlumatlara aiddir.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR