Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92975
az

​Vəkil Adəm Məmmədov barəsində cinayət işi başlanılıb

22:3021 İyul, 2023
324
KRİMİNAL
  • A

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Adəm Məmmədov barəsində cinayət işi başlanılıb.

Bu barədə  A.Məmmədov özü məlumat verib.

Vəkil bildirib ki, Ədliyyə Nazirliyinin İstintaq İdarəsində onun barəsində Cinayət Məcəlləsinin 289.1-ci (Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə cinayət işi başlanılıb: "Bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin İstintaq İdarəsinin müstəntiqi Malik Səfərov mənə zəng edərək bildirdi ki, Sizə qarşı cinayət işi başlanır, istintaqa gəlin. Mən bunun nə ilə bağlı olduğunu soruşduqda, bildirdi ki, beş ay əvvəl "Gündəlik Bakı" qəzetinin baş redaktoru Habil Vəliyevi döyüb, söyüb, təhqir etmisiniz. Əslində isə beş ay əvvəl peşə fəaliyyətimi yerinə yetirərkən, birbaşa məhkəmə zalındaca heç bir əsas olmadan, Habil Vəliyev məni söyərək təhqir edib".

Qeyd edək ki, hazırda A.Məmmədov "Qəbələ" klubunun həbsdə olan sabiq kapitanı Cavid Hüseynovun və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) Aparatının sabiq rəhbəri Vidadi Zeynalovun vəkilidir.

 

Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi
Azərbaycanlı iş adamı 20 milyon girov qoyub      azadlığa    çıxdı
“Quska” Prezidentə müraciət etdi- İstintaq yeniləndi

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi