Rusiya ilə ABŞ arasında strateji sabitlik söhbəti nə vaxtsa olacaq, amma “sabah” mümkün deyil.
Oxu24.com xəbər verir ki,bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.
"Sabah belə bir dialoqun bərpa oluna biləcəyini soruşsanız, yox deyəcəyəm", - o deyib.
Eyni zamanda diplomat belə bir dialoqun “nə vaxtsa baş tutacağını” vurğulayıb, lakin indi buna Vaşinqtonun anti-Rusiya siyasəti mane olur.
Antonov qeyd edib ki, Amerika tərəfində səfirliyin guya START məsələləri ilə bağlı dialoqa hazır olması ideyası irəli sürülüb, lakin əslində ABŞ “atıcı qurğuların silolarına baxmaq və orada nə qədər nüvə başlıqlarının olduğunu görmək” istəyir.
Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov da oxşar fikri bir müddət əvvəl bildirib. O hesab edir ki, Moskva ilə Vaşinqton arasında strateji sabitliyə dair dialoq ABŞ-ın anti-Rusiya siyasəti səbəbindən tezliklə bərpa olunmayacaq.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR