Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92964
az

Dondurma alarkən diqqətli olmaq lazımdır - VİDEO

21:5421 İyul, 2023
203
CƏMİYYƏT
  • A
Havalar isindikcə dondurmaya olan tələbat da artır.
 
Amma bəzən dondurmadan istifadə fəsadsız da ötüşmür.
 
Ona görə də təhlükə ilə qarşılaşmamaq üçün dondurma alarkən son dərəcə diqqətli olmaq lazımdır. Çünki hər dondurmanın saxlanılma və istifadə müddəti fərqlidir.
 
OXU24.COM  bildirir ki, mövzu ilə bağlı texnoloq Ramil Talıbov "Xəzər Xəbər"ə bildirib ki, bəzən dondurmanın hazırlanma qaydalarına ciddi riayət olunmur.
 
Mütəxəssis deyir ki, bu qida növü mütləq gigiyenik tələblərə cavab verməlidir. Əriyəndən sonra yenidən dondurulan dondurmalar zəhərlənməyə səbəb ola bilər. Həmçinin satış şəbəkələrində yaranmış problem də qidanın tərkibinə təsir edə bilər.
 
Onun sözlərinə görə, dondurmanın saxlanma rejiminə düzgün diqqət edilməlidir. Saxlanma şəraitinə əməl edilməyən yerdən isə dondurmanın alınması tövsiyə edilmir.
 
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 11 yerli istehsalçıya məxsus 21 dondurmadan nümunələr götürülərək müayinə aparılıb. Sınaq nəticələrinə əsasən, 17 nümunədə uyğunsuzluq aşkar edilməyib. 3 istehsalçıya məxsus 4 məhsulda isə uyğunsuzluq aşkarlanıb. Qeyd edilən müəssisələrdə plandankənar yoxlama həyata keçirilərək qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görülüb.
 
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
 
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər gün yumurta yemək bu xəstəliyin dərmanıdır
Seçkilərin ilkin nəticələri açıqlandı - Video
Ombudsmandan seçkilərlə bağlı AÇIQLAMA

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi