Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92955
az

Azərbaycanda halal kosmetika məhsullarının istehsalına dair yeni dövlət standartı qəbul edilib

20:5221 İyul, 2023
138
CƏMİYYƏT
  • A

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən AZS OIC/SMIIC 4:2023 “Halal Kosmetika - Ümumi Tələblər" dövlət standartı qəbul edilib.

Oxu24.com  xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının standartlaşdırma və metrologiya sahəsində əsas qurumu olan İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən qəbul edilmiş normativ sənədlərin ölkə ərazisində istehsal olunan məhsullara tətbiqi, insanların həyat və sağlamlığının qorunması, halal məhsulların ümumi istifadəsinə şəraitin yaradılması, idxal və ixrac zamanı yaranan çətinliklərin aradan qaldırılması və İƏT-ə üzv dövlətlərin qlobal iqtisadiyyatda bazar mövqelərinin möhkəmlənməsi nəzərə alınaraq müvafiq sahədə standartın hazırlanmasına ehtiyac yaranıb.

Standart layihəsi İslam dininin qaydaları əsasında halal kosmetika sənayesi tərəfindən kosmetik təchizat zəncirinin hər bir mərhələsində yerinə yetirilməli olan əsas tələbləri, o cümlədən qəbulu, hazırlanması, istehsalı, saxlanması, qablaşdırılması, etiketlənməsi, nəzarəti, daşınması, və paylanmasını müəyyən edir. Eyni zamanda, standart halal kosmetik vasitələrdən istifadə edən xidmət sahələrini əhatə edəcək.

Bu standart ölçüsündən və mürəkkəbliyindən asılı olmayaraq bütün kosmetika kateqoriyalarına və bütün növ müəssisələrə şamil edilir.

OIC/SMIIC 4:2018 “Halal Cosmetics - General Requirements” standartın autentik tərcüməsi əsasında hazırlanmış AZS OIC/SMIIC 4:2023 "Halal Kosmetika - Ümumi Tələblər” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Respublika Gigiyena və Epidemiologiya Mərkəzi” publik hüquqi şəxs, “Gazelli Group" MMC ilə razılaşdırılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda bu qurumlarda dəyişkən iş qrafiki TƏTBİQ EDİLƏCƏK
Valideynlərə ŞAD XƏBƏR -Məktəbə uşaq yola salmaq ASANLAŞACAQ
Qızılın qiyməti tarixi REKORD QIRDI -Bakı vaxtı ilə...

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Mingəçevirdə maşının vurduğu 8-ci sinif şagirdi      xəstəxanada    ölüb