Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92953
az

Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək

20:3921 İyul, 2023
112
CƏMİYYƏT
  • A

Vətən müharibəsi qazisinə “YAŞAT” təqaüdü veriləcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyin sədri Ülvi Mehdiyev Vətən müharibəsi əlili Cavid Əliyevlə görüşündə bildirib.

Ü.Mehdiyev qazini ABŞ-ın Minnesota Universitetinə magistratura səviyyəsinə qəbul olunması münasibətilə təbrik edib, ona təhsil həyatında və gələcək fəaliyyətində uğurlar arzulayıb.

Diqqətə çatdırılıb ki, ona həmin universitet üzrə təhsil aldığı müddətə “YAŞAT” Fondu tərəfindən aylıq təqaüd təsis edilib. “YAŞAT” təqaüdünün məbləği 1000 ABŞ dollarıdır.

Cavid Əliyev “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-2024-cü tədris ili üzrə ABŞ-ın Minnesota Universitetinin təchizat zəncirinin idarəolunması ixtisasına magistratura səviyyəsinə qəbul olunub. O, Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşüb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Ucarda 16 yaşlı qız qaçırıldı

Samuxda ağır qəza -Ölən var
Hazırda Azərbaycanda kütləvi yayılan yeni virus nədir?

İnəkləri üçün 4 mərtəbəli bina tikdi

18+

Azərbaycanda müğənni qətlə yetirildi: Türkanın hadisə ilə bağlı şok etirafı (18+VİDEO)
Prezidentin xanımı və qızı ilə səsverməsindən yeni- Video
Bu şəxslər vərəmə meyilli olurlar
Gözü və ürəyi qoruyur, hormonları tənzimləyir - Zəfəranın faydaları
Salyanda dəhşətli qəza: ölən və xəsarət alanlar var