Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92947
az

Rusiya Çinə izahat verib

19:5021 İyul, 2023
71
DÜNYA
  • A

Rusiya Xarici İşlər Nazirliyi raket hücumu zamanı Odessadakı Baş Konsulluğa dəyən ziyanla bağlı “Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı Çinin Moskvadakı səfirliyinə bütün lazımi izahatları verib”.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə nazirliyin saytında məlumat verilib.

 

Xarici İşlər Nazirliyinin press-relizində binaya dəymiş ziyanın nədən baş verdiyi göstərilmir, sadəcə izahatların “Çin Odessadakı Baş Konsulluğunun iyulun 20-də dəymiş ziyanla bağlı məlumatla əlaqədar” verildiyi bildirilir.

 

Cümə axşamı axşam Pekin Rusiyanın Odessaya endirdiyi zərbə zamanı Çin konsulluğunun binasının zədələndiyini təsdiqləyib.

 

“Partlayış dalğası divar örtüyünün və pəncərə şüşələrinin bir hissəsini silkələyib. Konsulluq əməkdaşları binanı çoxdan tərk ediblər və heç kim xəsarət almayıb”, - deyə departamentin sözçüsü bildirib.

 

O, Çinin Rusiya ilə bağlı hər hansı demarş edib-etməməsi ilə bağlı suala cavab verməyib və yalnız Pekinin maraqlı tərəflərlə əlaqə saxladığını bildirib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

“Microsoft”u külli miqdarda cərimə gözləyir - SƏBƏB
Hizbullah İsrailə 100 raket atıb
Böyük Britaniya Müdafiə Nazirliyi Ukraynaya qoşun yeritməyə ehtiyac görməyib

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi