Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92947
az

Rusiya Çinə izahat verib

19:5021 İyul, 2023
109
  • A

Rusiya Xarici İşlər Nazirliyi raket hücumu zamanı Odessadakı Baş Konsulluğa dəyən ziyanla bağlı “Xüsusi hərbi əməliyyatın gedişi ilə bağlı Çinin Moskvadakı səfirliyinə bütün lazımi izahatları verib”.

 

Oxu24.com xəbər  verir  ki,bu barədə nazirliyin saytında məlumat verilib.

 

Xarici İşlər Nazirliyinin press-relizində binaya dəymiş ziyanın nədən baş verdiyi göstərilmir, sadəcə izahatların “Çin Odessadakı Baş Konsulluğunun iyulun 20-də dəymiş ziyanla bağlı məlumatla əlaqədar” verildiyi bildirilir.

 

Cümə axşamı axşam Pekin Rusiyanın Odessaya endirdiyi zərbə zamanı Çin konsulluğunun binasının zədələndiyini təsdiqləyib.

 

“Partlayış dalğası divar örtüyünün və pəncərə şüşələrinin bir hissəsini silkələyib. Konsulluq əməkdaşları binanı çoxdan tərk ediblər və heç kim xəsarət almayıb”, - deyə departamentin sözçüsü bildirib.

 

O, Çinin Rusiya ilə bağlı hər hansı demarş edib-etməməsi ilə bağlı suala cavab verməyib və yalnız Pekinin maraqlı tərəflərlə əlaqə saxladığını bildirib.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Putin miqrant uşaqlar üçün rus dili təliminin təşkili barədə göstəriş verib
Husilər: Amerikanın MQ-9 Reaper pilotsuz təyyarəsi Yəmən üzərində məhv edilib
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Rusiyaya gedib?

Yeni ilə dəqiqələr qalmış niyə 12    üzüm     yedilər?

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
İşdən çıxmasını istəyən ərini      həbs     etdirdi