Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9293
az

Qarabağ bu şərtlərlə qaytarılacaq - “Bolton planı”nın DETALLARI İLK DƏFƏ ORTAYA ÇIXDI

21:0025 Yanvar, 2019
1090
DÜNYA
  • A
Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın rolu azaldılıb. Əvvəl “Lavrov planı” haqqında danışılırdısa, indi “Bolton” planından söhbət gedir.

Oxu24.com xəbər verir ki, bu fikirlər Ermənistanın “Yerkramas” nəşrində dərc olunan “Böyük oyunun kiçik detalı” başlıqlı məqalədə qeyd edilib.

Bildirilir ki, “Lavrov planı” adlanan həll variantı ərazilərin qayıdışı (ilkin mərhələdə Qarabağ ətrafındakı 5, daha sonra 2 rayonun qaytarılması – red.), tərəflərin status üzərində müzakirələr aparması və sülhməramlıların Dağlıq Qarabağa yerləşdirilməsini nəzərdə tuturdu. Lakin nəşrə görə, indi danışıqlar prosesi “Bolton planı” ilə nəzərdə tutulmuş ssenari üzrə gedir və bu plan “sülhə əvəz olaraq ərazilər” düsturu üzrə həyata keçirilir.

“Bolton planı”nda Dağlıq Qarabağın müstəqil statusu nəzərdə tutulmur, çünki, plan onun Azərbaycan tərkibində olmasına hesablanıb, sülhməramlılar yoxdur və yalnız sülh ilə pul vədi var”, - nəşr iddia edib.

Nəşr hesab edir ki, yanvarın 16-da həmsədrlərin vasitəçiliyi vaxtı Parisdə Azərbaycan və Azərbaycanın xarici işlər nazirlərinin 4 saatdan çox sürən danışıqlardan sonra verilən “xalqların sülhə hazırlanması” bəyanatı, Avropa İttifaqının xarici əlaqələr üzrə komissarı Federiki Moqereninin yanvarın 19-da Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanın reallaşacağına ümid ifadə etməsi, elə həmin gün ABŞ prezidenti Donald Trampın Paşinyananı Dağlıq Qarabağ problemini həll etməyə yenidən çağırması, yanvarın 22-də Davosda Azərbaycan və Ermənistan liderlərinin görüşü və nəhayət, yanvarın 23-də ABŞ-ın milli təhlükəsizlik məsələlərin üzrə məsləhətçisi Con Bolton və Paşinyan arasında telefon söhbətinin olması “Bolton planı”nın olduğuna dair “faktlar”dır.

Qeyd edilir ki, Birləşmiş Ştatlar “böyük oyun”un moderatorudur və oyunun vektoru Rusiyaya qarşı yönəldilib, İran hədəf, ABŞ-ın partnyorları Türkiyə və Azərbaycan, alət isə Ermənistandır.

“Bu oyunda Ermənistan xırda pul oldu. Faktdır ki, “Bolton planı” Paşinyan rəsmən baş nazir olmasından sonra reallaşmanın praktik mərhələsinə daxil oldu. Təbii ki, Paşinyan bu rolu öz üzərinə götürmək istəmir, amma, göründüyü kimi, ya “yox” deyə bilmir, ya da oyunun mənasını anlamır. Faktdır ki, indiki halda, Paşinyan Dağlıq Qarabağla barədə intensiv danışır və bu mübahisəsizdir. Əgər artıq xalqların sülhə hazırlanmasından danışılırsa, tərəflər detalların uyğunlaşdırılması mərhələsinə keçiblər. Və məhz bu, həyəcana səbəb olur”, - “Yerkramas” qeyd edib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Baqdasaryandan sensasion etiraf: Bizə yalan danışdılar, Azərbaycan hərbçiləri...
Ermənilər Xankəndini belə tərk edir - Qarabağdan qaçış başladı - VİDEO
Binəli Yıldırım Şuşaya gedib - FOTO

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi