Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92916
az

“AzInTelecom” Türkiyənin “DNS Sense” şirkəti ilə əməkdaşlığa başladı

13:0521 İyul, 2023
381
CƏMİYYƏT
  • A

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC təqdim etdiyi informasiya təhlükəsizliyi xidmətləri sahəsinin genişləndirilməsi məqsədilə Türkiyənin qabaqcıl kibertəhlükəsizlik şirkətlərindən olan “DNS Sense” ilə əməkdaşlığa başlayıb.

Əməkdaşlıq çərçivəsində “DNS Sense”ə məxsus və “AzInTelecom” MMC-nin sistem əməliyyatlarının idarə edilməsində tətbiq edilən rəqəmsal məhsulların Azərbaycanda satışı və istifadəsini stimullaşdırmaq üçün tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, bu məhsullar aktiv təhlükəsizliyi təmin edən bulud əsaslı DNS layer mühafizəsini həyata keçirir. Eyni zamanda fişinq, DNS saxtakarlığı, DNS tunelləmə, DNS əsaslı bot fəaliyyətlər və homoqlif domen adlarına qarşı güclü və effektiv birinci müdafiə təbəqəsi kimi xidmət edir.

Xidmət onu əldə edən korporasiyanın ümumi şəbəkə trafikini bir ekrandan izləməyə, idarə etməyə və hesabat verməyə imkan verir. Bundan əlavə, yoluxmuş cihazı aşkar etmək üçün qabaqcıl DNS analizini həyata keçirir. Həmçinin şəbəkənin ölçüsündən asılı olmayaraq, zərərli internet trafiki barədə məlumat verir. Bu da öz növbəsində şəbəkənin təhlükəsizlik siyasətini sərtləşdirmək imkanı yaradır.

Qeyd edək ki, ölkənin bir sıra böyük şirkət və dövlət qurumlarının informasiya resurslarını etibar etdiyi “AzInTelecom” MMC-nin müştəriləri informasiya təhlükəsizliyinin auditi, konsaltinqi və kibertəhlükəsizlik xidmətlərindən istifadə edə bilərlər.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Hər ödənişdə 2 qəpik tutulacaq— Azərbaycanda yenilik
Sabahın      havası
Sabahın havası

Donuz əti buna görə haram imiş - AÇIQLAMA

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Quduzluq peyvəndi olmadan sağ qalan qadının hekayəsitibb dünyasını təəccübləndirib
Qardaşlardan biri davada öldürüldü