Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92904
az

Rusiyadan Ermənistana ciddi xəbərdarlıq: Sizi nə gözlədiyini nəzərə alın

11:5921 İyul, 2023
1431
ÖZƏL BÖLÜM
  • A

Ermənistan parlamenti ölkənin Roma Əsasnaməsinə qoşulmasının nəticələrini öyrənməli və Rusiya Federasiyası ilə müttəfiqlik münasibətləri üçün riskləri qiymətləndirməlidir.

Oxu24.com "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisi ilə Ermənistan Milli Məclisi arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın iclasında Federasiya Şurası sədrinin müavini, parlamentlərarası əməkdaşlıq komissiyasının həmsədri Yuri Vorobyov deyib.

"Bizim anladığımız kimi, bu o deməkdir ki, Ermənistan baxdığı bütün işlərə münasibətdə Haaqa Tribunalının yurisdiksiyasını tanıyır. Biz onu demək istəyirik ki, erməni həmkarlarımızın bu addımı anti-Rusiya kontekstinə malik olmasa da, praktikada bu, Rusiya-Ermənistan münasibətlərinə ciddi ziyan vurur.

Biz müttəfiqlərimizi Roma Əsasnaməsinə qoşulmağın nəticələrini bir daha diqqətlə öyrənməyə və Rusiya ilə müttəfiqlik münasibətləri üçün mümkün riskləri qiymətləndirməyə çağırırıq”, - Vorobyov bildirib.

Onun sözlərinə görə, hazırda Rusiya və Ermənistanın xarici işlər nazirlikləri arasında dialoq gedir.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qəzaya uğrayan təyyarənin radar görüntüləri yayılıb
Meyiti tapılanda qolunda şpris qalıbmış - ŞOK DETAL
Məhkəmə Xoşqədəmlə bağlı qərar çıxardı

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Ağır qəza yenə can aldı