Bakının Suraxanı rayonunda dörd nəfər boğularaq ölüb.
Oxu24.com xəbər verir ki, hadisə rayonun Bülbülə qəsəbəsi Samir Əliyev küçəsində baş verib.
Ana və üç uşağı dəm qazından boğularaq ölüb. 1990-ci il təvəllüdlü Cəfərova Elmira Fərhad qızı və üç övladı - 2015-ci il Əsgərli Əli, Əsgərli Fatimə və Əsgərli Zəhra dəm qazından boğulublar.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır. Oxu24.com
ŞƏRHLƏR