Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
929
az

Kimlər gəldi, kimlər getdi? - İqtidarın yeni komandası

20:3721 Aprel, 2018
2325
SİYASƏT
  • A
Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibini təsdiqləyib.

Oxu24.com-un  məlumatına görə, hökumətin tərkibində bir sıra dəyişikliklər edilib. İki nazir və iki komitə sədri postuna yeni təyinat olub.
Ölkə başçısının sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsinə Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Samir Nuriyev təyin olunub.

Deputat Rövşən Rzayev Əli Həsənovu əvəz edərək Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin edilib.

Heydər Əsədov yeni komandada yer almayıb. Ölkənin kənd təsərrütafı naziri postuna Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov təyin olunub.

Səlim Müslümov nazir vəzifəsindən azad edilib. Əmək və əhalinin sosial müdafiəsi naziri postu iqtisadiyyat nazirinin müavini Sahil Babayevə tapşırılıb.

Bundan əlavə Abid Şərifov, Elçin Əfəndiyevİsmət Abasov da baş nazirin müavini vəzifəsindən azad edilib. Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov isə yeni baş nazir Novruz Məmmədovun müavini təyin olunub.

Bəzi nazirlik və dövlət komitələrinə rəhbər təyin olunmayıb. Belə ki, səhiyyə, təhsil, gənclər və idman, ekologiya və təbii sərvətlər, müdafiə sənayesi, mədəniyyət naziri postu hələlik boşdur. Həmçinin Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə sədr təyinatı olmayıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni üzvləri:

Azərbaycan Respublikası Baş nazirinin birinci müavini – Yaqub Abdulla oğlu Eyyubov;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Cavad oğlu Əhmədov;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Əli Şamil oğlu Həsənov;

Azərbaycan Respublikası Baş nazirinin müavini – Hacıbala İbrahim oğlu Abutalıbov;

Azərbaycan Respublikasının daxili işlər naziri – Ramil İdris oğlu Usubov;

Azərbaycan Respublikasının energetika naziri – Pərviz Oqtay oğlu Şahbazov;

Azərbaycan Respublikasının ədliyyə naziri – Fikrət Fərrux oğlu Məmmədov;

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri – Sahil Rafiq oğlu Babayev;

Azərbaycan Respublikasının fövqəladə hallar naziri – Kəmaləddin Fəttah oğlu Heydərov;

Azərbaycan Respublikasının xarici işlər naziri – Elmar Məhərrəm oğlu Məmmədyarov;

Azərbaycan Respublikasının iqtisadiyyat naziri – Şahin Abdulla oğlu Mustafayev;

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri – İnam İmdad oğlu Kərimov;

Azərbaycan Respublikasının maliyyə naziri – Samir Rauf oğlu Şərifov;

Azərbaycan Respublikasının müdafiə naziri – Zakir Əsgər oğlu Həsənov;

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri – Ramin Namiq oğlu Quluzadə;

Azərbaycan Respublikasının vergilər naziri – Mikayıl Çingiz oğlu Cabbarov;

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri – Samir Rafiq oğlu Nuriyev;

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri – Rövşən Şükür oğlu Rzayev;

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi – Elçin İsağa oğlu Quliyev;

Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti – Mədət Qəzənfər oğlu Quliyev;

Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti – Orxan Sedyar oğlu Sultanov.
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Azərbaycan Suriya xalqının problemlərinin həllinə dəstək verməyə hazırdır"- Prezident
Bu şəxslər 7 min manat cərimələnəcək- Prezident təsdiqlədi
"Fransa tərəfindən Ermənistana verilən öldürücü silahlar var"- Hikmət Hacıyev

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
Sabiq rəisin cəzası- 2 il 6 ay artırıldı