Rusiyadan mağazalardan şokalad oğurlayan azyaşlı saxlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Samara vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Böyük oğurluğun üstü dərhal açılmayıb - mağaza işçiləri yalnız şirniyyat qıtlığını aşkar edən auditdən sonra polisə müraciət ediblər.
Araşdırmalardan sonra məlum olub ki, bütün oğurluqları bir nəfər - 18 yaşlı yerli sakin törədib.
Müşahidə kameralarının görüntülərində onun paltarının altında şokolad balonlarını gizlətdiyi görünür.
Ümumilikdə, bir ay ərzində oğlan ümumi qiyməti beş min rubl olan 96 şokolad çıxarıb.
Lakin oğrunu şirniyyata hədsiz sevgi idarə etmirdi - o, oğurlanmış şokoladı küçədə satırdı.
Həbsdən sonra məlum olub ki, oğlan əvvəllər xırda oğurluğa görə inzibati məsuliyyətə cəlb edilib. Bu dəfə ona qarşı “Xırda oğurluq inzibati cəzaya məhkum edilmiş şəxs tərəfindən törədildikdə” maddəsi ilə cinayət işi açılıb.
Gəncin özü də oğurluğu etiraf edib.
Hadisə anının videisunu təqdim edirik:
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR