Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92875
az

Natəvan Babayevanın ölümü ilə bağlı şok: Onu səhv əməliyyat edən həkim kimdir?

23:2920 İyul, 2023
1867
ÖZƏL BÖLÜM
  • A

Bu gün xərçəng xəstəliyindən vəfat edən aparıcı Natəvan Babayeva ilə bağlı keçmiş ANS-çilər xatirələrini bölüşüb.

Oxu24.com xəbər verir ki, hazırda Türkiyədə yaşayan və çalışan keçmiş ANS-şi Qənirə Ataşova həmkarı barədə xatirələrini paylaşıb.

Həmin statusu olduğu kimi təqdim edirik:

Natavan çox abırlı adam idi. Dərdini özü çəkirdi. Problemini şoulaşdırmadı. Amma köməyə ehtiyacı var idi. AZTV-dən aldığı 1000 manatı səhhətinə xərcləyirdi. Amma hər birimiz bilirik, bu məbləğ xərçəng xəstəliyi üçün müalicədə yetərsiz idi. Onu Bakıda Toma adlı bir həkim əməliyyat etmişdi. Əməliyyatdan sonra bədənində səpkilər yarandı. 7 ay həmin həkim səpkilərə allergiya deyib müalicə etdi.

Onun getdiyi allergoloq 3 dəfə Natavana səndəki problem onkolojidir dedi. Onkoloq xanım isə Natavana əksini dedi. Beləcə Natavan Türkiyəyə dünyaca tanınmış onkoloq Gül Başaranın yanına getdi.

Professor ona bu səpkilər metastazdır dedi. Acı Badəm xəstəxanasında müalicə almaq üçün ölkədə müraciət etmədiyimiz instansiya qalmadı. Amma səsinə səs verən olmadı.

Bu barədə Mübariz Mənsimov xəbər tutdu. Həmişə olduğu kimi, Mübariz Mənsimov bu dəfə də sadə azərbaycanlının köməyinə gəldi. Natavan xanımım müalicə xərclərini ödədi. İgidin haqqını itirmək olmaz. Mübariz Məsimova Natavanın ailəsi və dostları adından minnətdarlığımı bildirirəm.

Amma aqressiv irəlləyən xəstəlik onu bizdən aldı. Natavanın qohumları, qardaşı İsrafil, jurnalistlər Əfsanə Mehdiyeva, Fidan Quliyeva, Pərviz Həşimli, Milli Onkologiya mərkəzinin baş həkimi Azad Kərimli dostluğunuz və insanlığınız üçün var olun! Bu dünyadan hamımız gedəcəyik. Sıra ilə. Amma əməllərimiz qalacaq.

 

Hazırladı: Miri Məcidli 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir ?
Hindistanın iki“dəli”yoqu
Nəzrin Mansurlu işində yeni adlar — Növbədə olan həkimlər kim olub?

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi