Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92855
az

Çin rekord həcmdə Rusiya nefti alıb

19:2820 İyul, 2023
166
  • A

Çin hökumətinin cümə axşamı açıqladığı məlumatlara görə, iyun ayında Rusiyadan Çinə neft idxalı bütün zamanların ən yüksək həddinə çatıb.

 

Oxu24.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Neft emalı zavodları beynəlxalq standartlara endirimin azalmasına baxmayaraq, Rusiyanın ESPO qarışığını almağa davam edir.

İyun ayında Rusiyadan tədarükün həcmi 10,50 milyon metrik ton və ya sutkada 2,56 milyon barel təşkil edib.

Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin məlumatına görə, ötən ilin eyni ayı ilə müqayisədə həcm 44% artıb.

İlin birinci yarısında Rusiyadan Çinə neft tədarükü illik müqayisədə 22% artaraq 52,61 milyon tona çatıb.

İyun ayında Səudiyyə Ərəbistanından Çinə tədarüklər 7,92 milyon ton və ya sutkada 1,93 milyon barel təşkil edib ki, bu da bir əvvəlki aydan 12% və 2022-ci ilin iyunundan 57% çoxdur.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət Baxçalının ürək qapağı dəyişdirildi
Ukrayna Hollandiyadan F-16 qırıcıları alıb
Culanini Fransaya dəvət etdi

Arılar niyə sancdıqdan sonra ölür?

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Ölkəyə gətirilən arıqlama çayı və qəhvələr təhlükəlidir!- Rəsmi
Bakıda 9 avtomobildən və 7 evdən oğurluq    edənlər      tutuldu