Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92851
az

Azərbaycan Ordusu Xəzərdə təlim keçir, helikopterlər, PUA-lar cəlb olunub - VİDEO

18:3620 İyul, 2023
120
CƏMİYYƏT
  • A

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü tədris ilinin hazırlıq planına əsasən Hərbi Dəniz Qüvvələri (HDQ), Quru Qoşunları (QQ), Hərbi Hava Qüvvələri (HHQ) və Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsi ilə qarşılıqlı əlaqədə ”Xəzri dalğası” taktiki təlimi keçirilir.

Oxu24.com  xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Xəbərə görə, iyulun 20-də Müdafiə Nazirliyinin rəhbər heyəti Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda enerji infrastrukturlarının mühafizəsi və müdafiəsi zamanı döyüş əməliyyatlarının aparılması üzrə keçirilən təlimi izləmək üçün hərbi-dəniz bazasına gəlib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin HDQ qərargahının ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Sonra HDQ komandanı vitse-admiral Sübhan Bəkirov təlimin gedişi və icra olunacaq tapşırıqar barədə müdafiə nazirinə məruzə edib.
Bildirilib ki, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunun mühafizə və müdafiəsi HDQ-nin qüvvə və vasitələri ilə yüksək səviyyədə təşkil olunub. Dəniz sularımız pilotsuz uçuş aparatları və digər texniki vasitələrlə fasiləsiz müşahidə edilir.
Qeyd olunub ki, təlimin məqsədi ərazi sularımızda yarana biləcək təhdid zamanı komandirlərin və qərargah zabitlərinin birgə fəaliyyətlərin işlənməsi, eləcə də bölmələrin döyüşdə idarə olunması üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Üç mərhələdə keçirilən təlimdə müxtəlif tapşırıqlar üzrə fəaliyyətlər icra edilir.
Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus ərazi sektorunda təlimin gedişatını izləyən müdafiə naziri hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.
Qeyd edək ki, təlimə 1500 nəfər şəxsi heyət, HDQ-nin döyüş, təminat, DSX Sahil Mühafizəsinin gözətçi gəmiləri, HHQ-nin helikopterləri, pilotsuz uçuş aparatları və QQ-nin zirehli döyüş maşınları cəlb olunub.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazirlik hərəkətə keçdi: Bakıdakı bütün "kupçasız" evlər söküləcək?
Uşağın qızdırmasını dərmansız salmağın yolları
Qazilər bu həcmdə müavinət ala biləcəklər, qocalıq pensiyası isə... - ŞAD XƏBƏR

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı