Krımın qondarma rəhbəri Sergey Aksyonov Telegram kanalında hava hücumundan müdafiə qüvvələrinin Krımın mərkəzi hissəsində Ukraynaya məxsus pilotsuz təyyarəni vurduğunu bildirib.
Oxu24.com xəbər verir ki,"Düşmənin pilotsuz uçan aparatı Krımın mərkəzi hissəsində hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub. Tələfat və dağıntı yoxdur", - nəşr yazır.
Aksyonov sakinləri sakit olmağa və yalnız rəsmi məlumat mənbələrinə etibar etməyə çağırıb.
Bundan əvvəl, iyulun 20-də səhər saatlarında Sergey Aksyonov pilotsuz təyyarənin Krımın şimal-qərb hissəsinə hücumu barədə məlumat vermişdi. Nəticədə yeniyetmə qız dünyasını dəyişib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR