Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9284
az

Oğurluq üçün girdiyi evdə 75 yaşlı qadını zorladı — Bakıda biabırçılıq

17:0625 Yanvar, 2019
603
KRİMİNAL
  • A
 
Həmyerlisi olan 75 yaşlı qadını zorladığına görə 8 il azadlıqdan məhrum edilən Xaçmaz rayon sakini azad olunmaq üçün məhkəməyə müraciət edib.

“Ölkə.Az” bildirir ki, Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə məhkum olunan Muxtarov Osman Qüdrət oğlunun məhkəmə prosesinə Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanov sədrlik edəcək.
Xatırladaq ki, dəhşətli cinayət hadisəsi 2011-ci ildə qeydə alınıb. Həmin ilin sentyabr ayında isə Bakı Ağır Cinayətlər Məhkəməsində 75 yaşlı qadını zorlamaqda təqsirli bilinən Xaçmaz rayon Mollabürhan kənd sakini, 43 yaşlı Osman Muxtarovun məhkəməsi başa çatıb. Hakim İlqar Murquzovun sədrliyi ilə O.Muxtarov 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, 43 yaşlı Osman Muxtarov 75 yaşlı həmkəndlisi Sonanı (adı şərtidir) zorlayıb. Belə ki, qadının çoxlu qızıl və pulunun olduğunu bilən Osman gecə vaxtı içkili vəziyyətdə onun evinə gəlib. İlk əvvəl fikri oğurluq olsa da, sonradan 75 yaşlı qadına tamah salıb və onu zorlayıb. Osman ilkin ifadəsi zamanı cinayəti içkili olduğuna görə törətdiyini deyib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Göldə 40 yaşlı kişinin meyiti tapıldı
Bakıda 41 min dollarlıq dələduzluq edənlər saxlanıldı
Zaqatala dağlarında faciə: ayı qazini parçaladı