Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92832
az

Qırğızıstan Rusiyaya kömək etmədiklərini açıqlayıb

16:1220 İyul, 2023
156
DÜNYA
  • A

Qırğızıstan hakimiyyəti və dövlət müəssisələri Rusiyaya qarşı sanksiyaları pozmayıb.

 

Oxu24.com  xəbər verir ki, bu barədə ABŞ-ın mümkün məhdudiyyətləri barədə məlumatlardan sonra respublikanın Dövlət Milli Təhlükəsizlik Komitəsi bildirib.


“Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi öz biznes və istehsalat fəaliyyətləri çərçivəsində sanksiya məhdudiyyətlərinin pozulmasına, ola bilsin ki, əslində kimin tədarük etdikləri məhsulların son istehlakçısı və istifadəçisi ola biləcəyini bilmədən cəlb oluna bilən özəl şirkət və firmaların bu işə mümkün cəlb edilməsini etiraf edir”, - Dövlət Komitəsinin bəyanatında deyilir.

“The Washington Post” -un yaydığı xəbərdə  ABŞ prezidenti Co Bayden administrasiyasının Qırğızıstana qarşı iqtisadi sanksiyalar hazırladığını, ölkəni Rusiyaya məhdudiyyətlərdən yayınmağa kömək etməkdə ittiham etdiyini yazıb.

WP-nin dərcindən sonra respublikanın baş naziri Akılbek Japarov “İnterfaks”a deyib ki, o, ABŞ-ın Qırğızıstana qarşı sanksiyalarının tətbiqi üçün heç bir ilkin şərt görmür: “Bütün qabaqlayıcı tədbirlər görülüb ki, sanksiya tətbiq olunan mallar bizim sərhədimizdən keçməsin və sanksiyalar olan yerə getməsin”.

Öz növbəsində, Qırğızıstanın İqtisadi Ticarət Nazirliyi artıq ixrac nəzarətini, o cümlədən hərbi və ikili təyinatlı mallara nəzarəti gücləndirdiyini bildirib. Departament Aİ və ABŞ nümayəndə heyətlərini nəzarəti təkmilləşdirmək üçün məsləhətləşmələr keçirməyə dəvət edib.

 

Tərcümə: Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask “Nobel”ə      namizəd     oldu
Məşhur cütlüyün oğlu oldu -FOTO
Çaya düşən sərnişin     təyyarəsinin      görüntüləri

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi