Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92826
az

Avstraliya Rusiyanın 35 şirkətinə və hökumət üzvlərinə sanksiya tətbiq edib

14:5020 İyul, 2023
126
DÜNYA
  • A

Avstraliya hökuməti Rusiya və Belarusun 10 vətəndaşına, həmçinin Rusiyanın 35 müəssisəsinə yeni sanksiyalar qoyub.

Oxu24.com  xəbər verir ki, bunu Avstraliyanın xarici işlər naziri Penni Vonq söyləyib.

Nazir deyib ki, Rusiyanın müdafiə, texnologiya və energetika sektorunda fəaliyyət göstərən 35 müəssisəsinə, eləcə də, Rusiya və Belarusun 10 vətəndaşına sanksiya tətbiq edilib.

Qadağalara məruz qalanlar arasında Rusiya Baş nazirinin birinci müavini Andrey Belausov, Baş nazirin müavini Dmitri Çernışenko, Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova, Federasiya Şurası sədrinin birinci müavini Andrey Turçak, “Kalaşnikov” konserninin direktoru Vladimir Lepin və “Vertolyotı Rossi” (“Rusiya helikopterləri”) holdinqinin baş direktoru Nikolay Kolesova da var.

Bildirilib ki, 2014-cü ilin martından Avstraliya hökuməti Rusiyaya qarşı 25-dən çox sanksiya tətbiq edib. Məhdudlaşdırıcı tədbirlər siyahısına Rusiyanın 1100-dən çox vətəndaşı, 300-dən artıq müəssisəsi salınıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mask “Nobel”ə      namizəd     oldu
Məşhur cütlüyün oğlu oldu -FOTO
Çaya düşən sərnişin     təyyarəsinin      görüntüləri

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Sağlam doğuşla bağlı həkimlərə      bonuslar      veriləcək
Quldurluq edən Fərhad Hacıyevə ağır   cəza    verildi