"Azərişıq" ASC-nin əməkdaşı dirəkdən yıxılaraq ölüb.
Oxu24.com-un xəbərinə görə, Balakən şəhər sakini, 1961-ci il təvəllüdlü Ustayev Ömər Şərəfəddin oğlu işıq dirəyindən yıxılaraq çoxsaylı sınıq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib tibbi yardım göstərilsə də, aldığı xəsarətlərdən orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, ölən şəxs "Azərişıq" ASC-nin əməkdaşı olub.
Oxu24.com
ŞƏRHLƏR