Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92802
az

Göyçayda iranlı narkotacirə kuryerlik edən şəxs saxlanılıb

10:3420 İyul, 2023
145
KRİMİNAL
  • A

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı “Həbib” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edilən və onun qaçaqmalçılıq yolu ilə ölkəyə göndərdiyi narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu24.com-a  verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Tərtər rayon sakini, əvvəllər də məhkum olunmuş Səbuhi Əlizadə saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 3 kiloqrama yaxın qurudulmuş marixuana və 1000 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa verdiyi ilkin ifadəsində həmin narkotik vasitəni və həbləri paytaxtda ona deyilən əraziyə çatdırmaq üçün sosial şəbəkədə tanış olduğu “Həbib”adlı İran vətəndaşı ilə 1000 manat qarşılığında razılaşdığını bildirib. S.Əlizadə barəsində şöbənin İstintaq bölməsində cinayət işi başlanılıb.

Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar nəticəsində isə narkotik tərkibli bitkilər əkib-becərməkdə şübhəli bilinən şəhər sakini Müşviq Mahmudov, eləcə də rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Coşqun Kərimov və Elbrus Abdullayev saxlanılıblar.

M.Mahmudovun evinin həyətyanı sahəsindən çəkisi 3 kiloqramdan artıq çətənə bitkiləri, digər iki nəfərdən isə müxtəlif növ narkotik vasitələr aşkarlanıb.

Keçirilən növbəti əməliyyat zamanı həmkəndlisinin evindən 1500 manat dəyərində samovarı oğurlayan rayonun Qaraman kənd sakini Fəxri Babayev də saxlanılıb. Onun oğurladığı məişət əşyası maddi sübut kimi götürülüb.

Faktlarla bağlı Göyçay Rayon Polis Şöbəsində zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

 

Nigar 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda kişi gecə saatlarında özünü asdı
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
Bərdədə qadın qohumu tərəfindən bıçaqlandı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı