Ramco CJSC
Planlama mühəndisi
Son tarix 17 avq 2023 - [email protected]
Namizədə olan tələblər:
Mühəndislik sahəsi üzrə ali təhsil;
Planlaşdırma mühəndisi vəzifəsində, inşaat sektorunda ən azı 3 illik təcrübə;
Azərbaycan və İngilis dillərini mükəmməl bilmək, Rus dili arzuolunandır;
Layihə Planlama Proqramları (Primavera P6) üzrə peşəkar biliklər;
Bir neçə tapşırığı eyni zamanda görə bilmək və stress altında işləyə bilmək bacarığı;
Güclü analitik və məntiqi düşünmə bacarıqları;
İşgüzar səfərlərə ezam olunmaq imkanı.
Vəzifə öhdəlikləri:
Tikinti Layihələri üzrə planlaşdırma (layihələr üzrə iş qrafiklərinin hazırlanması);
Müvafiq Layihənin analiz edilməsi və müvafiq vaxt qrafiki və büdcənin hazırlanması;
Xüsusi proqram vasitəsi ilə (Primavera P6) iş həcmi və son tarixləri əhatə edən tikinti layihə qrafikinin və mobilizasiya qrafikinin hazırlanması;
Tender sənədlərinin hazırlanmasında iştirak etmək;
Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün inşaat mühəndisləri ilə müzakirələrin aparılması, gecikmələrin aradan qaldırılması üçün yenidən planın güncəllənməsi;
İşlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması üçün proqnozlaşdırma və ehtimalların dəyərləndirilməsi;
Layihə üzrə material, maşın-mexanizm, işçi heyəti resurslarının müəyyən edilməsi və hesablanması, müvafiq hesabatların tərtibi və icrasına birbaşa nəzarət;
Layihənin gedişatı əsasında günlük, həftəlik və aylıq hesabatların hazırlanması;
Pul axını üzrə analiz və proqnozların hazırlanması.
İş şərtlərimiz:
Əmək haqqı: 2000-2200 AZN;
İş qrafiki : Tam iş günü (5 gün);
İş saatları: 08:30-17:30.
Ünvan: Yasamal ray., Mətbuat pros., Mirəli Seyidov küçəsi 2830 (21 nömrəli məktəbin yaxınlığı).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxu24.com
ŞƏRHLƏR