Rusiyanın paytaxtı Moskva şəhərind Paytaxt parkında qətlə yetirilən oğlanın meyitində 10-dan çox bıçaq yarası aşkar edilib.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki, Moskvanın Kaşirskoye şossesi yaxınlığındakı parkdakı lyukda bıçaqla kəsilmiş uşaq meyiti tapılıb.
Prokurorluqdan bildirilib ki, 11 yaşlı uşaq iyulun 18-də günorta saatlarında gəzintiyə çıxıb, lakin bir daha evə qayıtmayıb. Ana yalnız ertəsi gün polisə müraciət edib.
Məlumata görə, oğlan 13 yaşlı dostu ilə uşaq meydançasına gəzintiyə çıxıb, sonra isə uşaqlar parka getmək qərarına gəliblər.
"Uşaq quyudan tapılıb, ona 12-yə yaxın bıçaq xəsarəti yetirilib", - həmsöhbətimiz əlavə edib.
Moskva prokurorluğu hadisə ilə bağlı qətl maddəsi ilə cinayət işi açıldığını bildirib. İdarə dəhşətli cinayətin istintaqını nəzarətə götürüb.
Hadisə yerindən videonu təqdim edirik:
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR