İtini pol taxtası ilə döyən şəxsə cəza verilib.
Oxu24.com xəbər verir ki, Türkiyənin Osmaniyə şəhərində evdə saxladığı itini şvabra ilə döyən H.E.-yə 4 min 554 TL (red- 287 manat) inzibati cərimə kəsilib.
Cib telefonu ilə nümayiş etdirilən şiddət görüntülərindən sonra ələ keçirilən it sığınacağa yerləşdirilib.
Sosial mediada yayılan görüntülər böyük əks-səda doğursa da, polis xəbərin üzərinə araşdırma başlayıb.
Baytar tərəfindən müayinə edilən it lazımi müalicələrin aparılması üçün Osmaniye Müvəqqəti Sığınacağına təhvil verilib.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR