İranın şimalında 4,7 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu24.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 93,5 min nəfər əhalisi olan Behşəhr şəhərindən 26 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 35 km dərinlikdə yerləşib.
Ölənlər və dağıntılar barədə hələlik məlumat yoxdur.
Öz növbəsində “Xəbər-onlayn” agentliyi zəlzələ faktını təsdiqləyib və İran Qızıl Aypara Cəmiyyətinin iki dəstəsinin hadisə yerinə göndərildiyini, xilasetmə təşkilatının yerli bölməsinin bütün üzvlərinin isə tam hazırlıq vəziyyətinə gətirildiyini bildirib.
Nigar
Oxu24.com
ŞƏRHLƏR