Ukrayna Amerikanın F-16 qırıcılarını qəbul edəcək.
Oxu24.com xəbər verir ki,Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Müdafiə Nazirliyi təyyarələrin Ukraynaya nə vaxt çatacağını açıqlayıb.
"F-16 təyyarələri olacaq, bu, artıq yaxşı xəbərdir, lakin ilk növbədə təlimlər başlayacaq", - Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb.
O, bildirib ki, Vilnüsdə Ukrayna və 11 tərəfdaş ölkə ukraynalı pilotların Amerika qırıcılarında təlim keçməsinə dair memorandum imzalayıb.
Onun sözlərinə görə, ukraynalı pilotlar və texniki mühəndislər paralel olaraq bir neçə ölkədə təhsil alacaqlar və bu ilin avqustunda təlimlərə başlanılacaq.
"Biz burada, Ukraynada ev tapşırığımızı edəcəyik: təyyarələrin istifadə olunacağı aerodromlarımızın imkanlarını qiymətləndirəcəyik və onlar üçün infrastruktur (sığınacaq, təchizat, yanacaqdoldurma məntəqələri və s.) edəcəyik", - nazir bildirib.
Reznikovun sözlərinə görə, infrastruktur və döyüş tapşırıqlarını yerinə yetirməyə qadir olan pilotlar, mühəndislər isə bu texnikaya xidmət göstərməyə hazır olan kimi həmin anda tərəfdaşlar qərar qəbul edəcəklər.
"Ona görə də bu, bir az vaxt aparacaq. Optimist hesab edirəm ki, bu, gələn ildir", - nazirliyin rəhbəri bildirib.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR