Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92735
az

ABŞ bu ölkəyə qarşı  sanksiyaya hazırlaşır

10:4719 İyul, 2023
127
DÜNYA
  • A

ABŞ hakimiyyəti iyulun 24-dək Qırğızıstanın Rusiyaya texnika və hərbi texnika tədarük etdiyi iddiası ilə ona qarşı sanksiyaların tətbiqini elan etmək niyyətindədir.

 

Oxu24.com xəbər verir ki,Bu barədə Washington Post ABŞ prezident administrasiyasının rəsmilərinə istinadən məlumat yayıb.

 

Qəzetin yazdığına görə, Ukraynada müharibə başlayandan  və Qərb tərəfindən anti-Rusiya sanksiyaları tətbiq edildikdən sonra Qırğızıstanda Rusiyaya sanksiya tətbiq edilən mallar idxal edən çoxlu şirkətlər açılıb.

 

O cümlədən pilotsuz təyyarələr, təyyarələr üçün ehtiyat hissələri və snayper dürbünləri ilə təchiz etdikləri iddia edilir.

 

Həmçinin iddia edilir ki, amerikalı diplomatlar bir neçə ay ərzində Bişkekdə olub, Qırğızıstan hökumətini Rusiya ilə ticarəti kəsməyə razı salmağa çalışıblar, lakin bu səfərlər nəticəsiz qalıb.

 

Qəzetin yazdığına görə, nəticədə ABŞ hökuməti Qırğızıstana qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib, lakin hansı sanksiyaların tətbiq olunduğu açıqlanmır.

 

Tərcümə: Miri Məcidli

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Culani Suriyanın yeni prezidenti oldu
Bolqarıstan İsveçdə saxlanılan gəmi ilə bağlı vəziyyəti izləyir
Brüsseldə imza atıldı: İrəvan sülh müqaviləsi bağlamaqdan rəsmən imtina etdi -YENİLƏNDİ

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Virus infeksiyaları zamanı nədən ishal baş verir və ilkin olaraq nə etmək olar?
32 yaşlı həyat yoldaşını qətlə yetirən Ağababanın FOTOSU