Krımda yanan poliqonun yaxınlığında yerləşən dörd yaşayış məntəqəsindən iki mindən çox insanın təxliyəsi planlaşdırılır.
Oxu24.com xəbər verir ki, bu barədə Müvafiq bəyanatı Krımın qondarma rəhbəri Sergey Aksyonov özünün Telegram kanalında məlumat paylaşıb.
Krımda təlim meydançasında baş verən yanğın səbəbindən Taurida magistral yolu bağlanıb.
Onun sözlərinə görə, Kirovski rayonundakı poliqona bitişik zonadan dörd yaşayış məntəqəsinin sakinlərinin təxliyəsi planlaşdırılır.
Aksenov qeyd edib ki, hazırda bütün aidiyyatı xidmətlərin əməkdaşları fövqəladə hadisə yerində işləyirlər.
Bundan əvvəl Krımda Tavrida magistralının respublikanın Kirovski rayonundakı poliqonda baş verən yanğına görə bağlandığı bildirilib.
Məlumata görə, Tavrida magistralının bir hissəsi 118-ci kilometrdən 130-cu kilometrə qədər bağlanıb.
Nəqliyyat Starı Krım və Pervomayskoye qəsəbələri vasitəsilə regional yollara göndərilir.
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR