Çoxlarimizin yararsız sayıb zibilə atdığı qarğıdalı saçaqlarının onlarla xəstəliyin müalicəsində istifadə olunduğunuzu bilirdiz? Qarğıdalı saçaqları ürək xəstəliklərinin və yüksək xolesterinin qarşısının alınmasında yüksək təsirli olan maddələrə, həmçinin bədənimizdə qlükoza səviyyəsini tənzimləməyə kömək edən bitki turşularına malikdir. Qarğıdalı saçaqlarından istifadə etməyin ən çox yayılmış yolu onu çay kimi dəmləyib içmək hesab edilir. Bəs bu çay necə hazırlanır? Onu gün ərzində nə qədər qəbul etməliyik? Bu gün bir bax kanalında bunu biləcəksiniz.
Qarğıdalı saçağından hazırlanan çay C və K vitaminləri, kalium, sink, dəmir, mis və antioksidantların zəngin mənbəyidir. Son illər daha çox istifadə edilməyə başlanılan bu çay ürək xəstəliklərindən dəri xəstəliklərinə qədər bir çox xəstəliyin təbii yolla müalicəsinə kömək edir. Budur, qarğıdalı çayının faydaları:
Qarğıdalı ipək çayının faydaları nələrdir?
Zəngin bir C vitamini mənbəyidir
Qarğıdalı saçağı çayının tərkibində çoxlu miqdarda C vitamini var. Vitamin C ürək xəstəliklərinin və bədəndə zərərli sərbəst radikalların inkişafının qarşısını alır. Həm də bütün həyati orqanların yaxşı işləməsi üçün zəruri olan müntəzəm qan dövranını təmin edir.
Qanda şəkərin səviyyəsini aşağı salır
Qarğıdalı saçağı çayı yüksək təzyiqi olan insanlar üçün əladır. Bədəndə insulin səviyyəsini artıraraq qan şəkərini azaldır.
Yataq islatma problemini müalicə edir
Yuxu zamanı yatağı islatma həm uşaqlarda, həm də böyüklərdə rast gəlinir. Mütəxəssislər yataq islatma problemi olanlara gecə yatmazdan əvvəl 1 stəkan qarğıdalı saçağı çayı içməyi tövsiyə edir.
Böyrək problemlərini müalicə edir
Sidik ifrazı zamanı ağrı, sidik yolu infeksiyası, sidik yollarının iltihabı, böyrək daşları kimi böyrək problemlərini qarğıdalı saçağı çayı içərək müalicə edə bilərsiniz.
həzmi asanlaşdırır
Bu çay həzmi asanlaşdırmağa və həzm problemlərini müalicə etməyə kömək edir. Qarğıdalı ipək çayı qaraciyər tərəfindən öd ifrazını stimullaşdırır və qidanın düzgün həzmini təmin edir.
Qanaxmaya nəzarət edir
Qarğıdalı saçağı çayının tərkibindəki K vitamini qanaxmanı idarə edir. Xüsusilə doğum edəcək qadınlar bu çaydan bol-bol istehlak etməlidirlər.
Yaxşı bir sidikqovucudur
Qarğıdalı saçağı çayının sidikqovucu xüsusiyyəti bədəndən toksinləri və digər zərərli maddələri çıxarmağa kömək edir.
Dəri xəstəliklərinə yaxşı gəlir
Qarğıdalı saçağı çayı dəridə səpgi və çiban kimi xəstəlikləri müalicə edə bilər. O, həmçinin ağcaqanad və həşərat dişləmələri nəticəsində yaranan qaşınma və ağrıları aradan qaldırmağa kömək edir.
Qarğıdalı saçağı çayını necə hazırlamaq olar?
1 xörək qaşığı qarğıdalı saçağını 1 stəkan suda qaynadın.
Qaynara düşdükdən sonra altını söndürün və 15-20 dəqiqə dəmdə saxalyın.
İçə biləcəyiniz tempratura çatan zaman isə için. Qalan çayı soyuducuda 2-3 gün saxlaya bilərsiniz.
Mütəxəssislər böyüklərə gündə 2-3 dəfə 1 stəkan qarğıdalı saçağı çayı içməyi tövsiyə edir. Uşaqlar üçün bu miqdar gündə 1 stəkandır. Əgər bu çayı hər hansı bir xəstəliyi müalicə etmək üçün içirsinizsə, onun istifadə etdiyiniz dərmanlarla qarşılıqlı təsir göstərməyəcəyinə əmin olmaq üçün bir mütəxəssislə məsləhətləşin.
Qarğıdalı saşağından müntəzəm istifadə edildikdə xolesterenin səviyyəsini aşağı salır. Stresslə mübarizə üçün qarğıdalı saçağı ən yaxşı təbii vasitələrdən biridir. O sinir gərginliyini, zehni və fiziki yorğunluğu aradan qaldıraraq sakitləşdirici təsir göstərir, normal yuxunu təmin edir.
Piylənmə, böyrək və sidik yolları xəstəliklərinin müalicəsində qarğıdalı saçağı belə hzırlanır. 5 xörək qaşığı qarğıdalı saçağının üzərinə 400 qram su əlavə edib, 30 dəqiqə zəif odda qaynadın. Sonra 3 saat dəmdə saxlayın. Bu müddətdən sonra süzün və gün ərzində 3 dəfə 30 qram yeməkdən əvvəl qəbul edin.
Piylənməyə qarşı qarğıdalı saçağından hazırlanmış dəmləməni hər 3 saatdan bir 50 qram qəbul etmək lazımdır. Proseduru 7-8 gün edin.
Bütün təbii vasitələrdə olduğu kimi, qarğıdalı saçağı çayından istifadə etməzdən əvvəl həkimə müraciət etmək vacibdir.Çünki təbii vasitələr müəyyən dərman preparatları ilə birlikdə qəbul olunan zaman bədənimizə zərər verə bilər. Qarğıdalı saçağı yüksək kalium səviyyəsinə malik olsa da, sidikqovucudur və bu, kalium çatışmazlığına səbəb ola bilər. Bu, başgicəllənmə, əzələ ağrıları, baş ağrısı və ishala səbəb ola bilər. Qarğıdalıya allergiyası olanlar ondan istifadə etməməlidir. Süd verən analardan və hamilə qadınlardan da uzaq durmaq tövsiyə olunur. Qaraciyər və ya böyrək probleminiz varsa, bu çayı içməzdən əvvəl həkiminizlə danışmalısınız.
Oxu24.com
ŞƏRHLƏR