İtaliyanın RAI dövlət televiziya kanalının şərhçiləri Lorenzo Leonarduzzi və Massimiliano Matsucchi iyulun 14-dən 30-dək Yaponiyanın Fukuoka şəhərində keçirilən su idman növləri üzrə dünya çempionatında efirdən uzaqlaşdırılıb.
Oxu24.com Repubblica-ya istinadən xəbər verir ki, canlı yayım zamanı seksist və irqçi zarafatlara görə qalmaqal yaranıb.
Suya tullanma yarışının yayımı zamanı şərhçilərdən biri britaniyalı Yasmin Harper haqqında seksual zarafat edib, həmçinin italyanlarla Hollandiyanın boylarını müqayisə edərək “yataqda onların hamısı eyni boydadır” deyib.
Daha bir “zarafatcıl” həmyerlisinin – italyan Rikkardo Covannininin adını təhrif edərək onu “Liccardo” adlandırıb. Bundan sonra şərhçilər Çində idmançının adının belə olacağını zarafatyana qoyublar.
Daha sonra şərhçilər “mikrofonların xarab olmasına” istinad etməyə çalışıblar, guya efirdə olduqlarını bilmirlər. Nəticədə kanal rəhbərliyi hər iki əməkdaşını qeyri-müəyyən müddətə işdən uzaqlaşdırıb.
Oxu24.com
ŞƏRHLƏR