Makron Avropa Birliyi (AB) ilə Latın Amerikası və Karib Birliyi (CELAC) ölkələri arasında ticarət və investisiyaların artırılması üçün Brüsseldə keçirilən zirvədən sonra mətbuata açıqlama verib.
Oxu24.com xəbər verir ki,Fransa prezidenti Makron sammitdə bölgədəki böhranları və Ukrayna-Rusiya müharibəsini müzakirə etdiklərini bildirib.
Rusiyanın Qara dəniz taxıl sazişini ləğv etməsini pislədiklərini ifadə edən Makron, Moskva rəhbərliyinin verdiyi qərarın Yaxın Şərq, Afrika və Asiya ölkələrinə təsir edəcəyini bildirib.
Rusiya prezidenti Vladimir Putinin “qida məsələsini silah kimi istifadə etməyə başladığına” işarə edən Makron bunu “böyük səhv” kimi qiymətləndirib.
Qeyd edək ki,Rusiyanın Ukraynaya hücumunun qlobal ərzaq qiymətlərinə təsirini azaltmaq üçün BMT, Rusiya, Türkiyə və Ukrayna 22 iyul 2022-ci il tarixində İstanbulda keçirilən mərasimlə Qara Dəniz Taxıl Dəhlizi Sazişini imzalanmışdı.
Kremlin sözçüsü Dmitriy Peskov, müddəti bitmiş Qara dəniz taxıl dəhlizi sazişi ilə bağlı verdiyi açıqlamada, "Taxıl dəhlizi müqaviləsi əslində sona çatdığını açıqlayıb.
Tərcümə: Nigar
ŞƏRHLƏR