Amerikalı milyarder və sahibkar İlon Mask Ukraynanın ABŞ-ın ona ayırdığı vəsaitləri necə xərclədiyi barədə məlumatların açıqlanmasına çağırıb.
Oxu24.com xəbər verir ki, bu barədə o, Twitter hesabında yazıb.
O, Vaşinqtonun Kiyevə 1,3 milyard dollarlıq yeni hərbi yardım paketini elan etməyə hazırlaşdığı xəbərini şərh edib.
"İctimaiyyətin heç olmasa vəsaitlərin necə xərcləndiyi barədə bir təsəvvürü olsaydı, yaxşı olardı" Mask bildirib.
Bundan əvvəl o, ABŞ-ın rüsvayçılığa getdiyini və çarəsizlikdən Kiyevə kaset bombaları göndərməyə başladığını bildirib.
Qeyd edək ki, ABŞ ilk dəfə deyil ki, Vaşinqtonun Ukraynaya verdiyi pulların əslində hara yönəldildiyini düşünür. Daha əvvəl konqresmen Marjorie Taylor Green demişdi ki, amerikalılar “hər sentin nəyə xərcləndiyini bilmək hüququna malikdirlər”.
Tərcümə: Miri Məcidli
Oxu24.com
ŞƏRHLƏR