Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında müdafiə sahəsində əməkdaşlığı gücləndirən icra planının imzalanmasından məmnundur.
Oxu24.com xəbər verir ki, bu barədə ərəb nazir Tvitter hesabında yazıb.
“Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ilə iki dost ölkə arasında müdafiə və hərbi əməkdaşlığı gücləndirən icra planını imzalamaqdan məmnunam”,-deyə nazir bildirib.
O, həmçinin Səudiyyə Ərəbistanının Müdafiə Nazirliyi ilə Türkiyənin “Baikar” şirkəti arasında türk pilotsuz təyyarələrinin alınması, habelə silahlı qüvvələrin döyüş hazırlığının artırılması və Krallığın müdafiə və istehsal potensialının gücləndirilməsi üçün iki müqavilənin imzalandığını açıqlayıb.
Tərcümə: Nigar
Oxu24.com
ŞƏRHLƏR