Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92665
az

Müdafiə Nazirliyi azad edilmiş ərazilərdə aşkarladığı minaların sayını açıqlayıb

10:5818 İyul, 2023
90
CƏMİYYƏT
  • A

Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində azad edilmiş ərazilərdə cari ilin iyul ayı ərzində 610 hektaradək ərazi minalardan tam təmizlənib.

Bu barədə  Oxu24.com-a Müdafiə Nazirliyindən məlumat verilib.

İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 32 285 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 207 ədəd piyada əleyhinə, 2 580 ədəd tank əleyhinə mina və 10 447 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Bundan başqa, mürəkkəb relyefli, o cümlədən çətin keçilən qayalıq ərazilərdə avtomobil və döyüş texnikası kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyət nəticəsində yeni təminat yolları çəkilib. Cari ilin iyul ayı ərzində 70 km-dən artıq mövcud təminat yolları təkmilləşdirilərək bərpa edilib.

"Mina təmizlənmə işlərində əsas səylər azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib. Qeyd olunan ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir", - məlumatda qeyd olunub.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Nazirlik hərəkətə keçdi: Bakıdakı bütün "kupçasız" evlər söküləcək?
Uşağın qızdırmasını dərmansız salmağın yolları
Qazilər bu həcmdə müavinət ala biləcəklər, qocalıq pensiyası isə... - ŞAD XƏBƏR

Türkiyədə qədim heykəltəraşın unikal əsəri tapılıb

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Rusiya aviasiya bombalarının Ukrayna mövqelərini vurduğunu əks etdirən video yayılıb
"Al Market" vətəndaşları belə aldadır - FOTO
ABŞ-da vəhşi heyvanlarda koronavirus aşkarlanıb
Qadın restorandan 13 min manatoğurladı