Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92651
az

Ceyhun Bayramov Rusiya XİN-in bəyanatına münasibət bildirib

23:3117 İyul, 2023
340
SİYASƏT
  • A

Ceyhun Bayramov Rusiya XİN-in bəyanatına münasibət bildirib
 

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli Bəyanatı və sülh prosesini şərh edən 2023-cü il 15 iyul tarixli bəyanatına münasibət bildirib.

Oxu24.com  xəbər verir ki, nazir Rusiyanın ölkəmizə yeni təyin olunmuş səfiri Mixail Yevdokimovla görüşü zamanı deyib ki, Rusiya Federasiyası XİN-i tərəfindən qeyd edilən erməni sakinlərin “hüquq və təhlükəsizliyi” məsələsi Azərbaycanın milli qanunvericiliyi çərçivəsində həll olunacaq və bu məqsədlə erməni sakinlərlə dialoq təşəbbüsü mövcuddur.

Görüş zamanı Azərbaycan və Rusiya arasında əlaqələrin ikitərəfli və çoxtərəfli müqavilələr çərçivəsində, mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma şəraitində inkişafının vacibliyi vurğulanıb.

Daha sonra 44 günlük Vətən müharibəsindən sonra bölgədə vəziyyət, Azərbaycan-Ermənistan sülh prosesi, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Tramp və Putinin gizli casus xətti: Məxfi görüşdə nələr razılaşdırılıb? -ŞOK DETALLAR
Makron gəncləri orduya çağırdı: Fransada nə baş verir?
Tbilisidə növbəti etiraz aksiyası keçirilir

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Orta məktəbdə atışma: Qız şagirdi öldürdü, özü də intihar etdi