Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9263
az

Azərbaycanda bu yoldan keçənlər pul ödəyəcək

10:5025 Yanvar, 2019
842
CƏMİYYƏT
  • A
 
Azərbaycanda pullu yol sistemi bu ilin sonuna kimi Ələt-Astara-İran sərhədi avtomobil yolunda tətbiq ediləcək.

Oxu24.com  xezerxeber.az-a istinadən bildirir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli 'açıqlayıb.

Yolun Salyandan başlayaraq 170 km-lik hissəsi pullu olacaq. Artıq müasir sistemlərin alınması üçün müqavilə bağlanılıb və müvafiq vəsait ayrılan kimi bu avadanlıqlar ölkəmizə gətiriləcək.

Bundan başqa, yaxın günlərdə yolun Astara və Salyan rayonları ərazisindəki giriş-çıxış hissəsi də geniləndiriləcək. Eyni zamanda, bütün yol qovşaqlarında da xüsusi avadanlıqlar qurulacaq ki, sürücü ordan çıxdıqda alın şüşəsinə vuracağı kartdan yolun pulu avtomatik qaydada çıxılacaq.


Yolun hər kilometrinə görə ödənişinin nə qədər olacağı bilinməsə də, Anar Nəcəflinin sözlərinə görə, ödəniş günün tələbinə uyğun təyin ediləcək və yük maşınları minik maşınlarına nisbətən daha çox ödəniş edəcək. Amma bununla bərabər köhnə yolun da təmiri başa çatdırılacaq.

Quba Rusiya sərhədi istiqamətinə çəkilən digər pullu yolun 10 km-lik hissəsində artıq işlər başa çatdırılıb.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş oldu - Fotolar
Yollarda təhlükə yaradan velosipedçiləri hansı cərimə gözləyir? - RƏSMİ AÇIQLAMA
Bakıda COP29 çərçivəsində hansı tədbirlər keçiriləcək?

  • TOP GÜN
  • TOP HƏFTƏ
  • TOP AY
Yuxuda pul görməyin mənası nədir... - Yuxuyozma

18+

Məmurun nazir arvadları ilə intim görüntüləri yayılıb
ZOBUN Dərmanı Bu İmiş - Evdə Təbii Müalicə Üsulları (VİDEO)
Gəncədə törədilən erməni terrorundan varlanmaq istəyənlər kimlərdir?— Sakinlərin kirayə pulları verilmir
Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusları aşkarlayıblar
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı