Rusiyada qadın azyaşlını insanların gözü qarşısında ölümcül döyüb.
Oxu24.com Rusiya mediasına istinadən xəbər verir ki,İrkutsk vilayətinin Çeremxovo rayonunun Onot kəndində yerli sakin azyaşlını beysbol çubuğu ilə döyüb.
Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsinin mətbuat xidmətinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda internetdə döyülməni əks etdirən video görüntünü araşdırır.
"Hazırda bu fakt yoxlanılır, hadisənin bütün mümkün iştirakçıları müəyyən edilir. Video lentə alınan şəxslərin hərəkətlərinə hüquqi qiymət veriləcək", - məlumatda deyilir.
Eyni zamanda bu hadisə internet istifadəçilərinin qəzəbinə səbəb olub.
"Xaos var, bu qızın yerində hər kəs ola bilər. Yetkin qadın 16 yaşı belə çatmayan qızı döyüb", - məlumatda deyilir.
Qeyd edilir ki, davaya səbəb qısqanclıq olub. Hücum edən şəxsin sevgilisinin qıza baxmasından qəzəbləndiyi iddia edilib.
Hadisə anının videosunu təqdim edirik:
Tərcümə:Aynurə Məcidova
Oxu24.com
ŞƏRHLƏR