Kreml üçün Baxmutun itirilməsi Z-patriotlar arasında reytinq baxımından mənfi nəticələr verəcək.
OXU24.COM xəbər verir ki, bunu rusiyalı politoloq və publisist Andrey Piontkovski bildirib.
"Bilirsiniz, ayın 24-dəki hadisələr ("Vaqner"in 24 iyun qiyam cəhdi - red.) fürerin şəxsi gücünü kəskin şəkildə zəiflətdi. Kriminal strukturda həmişə belə olur: xaç atasının gücü dəstənin bütün üzvlərinin tərəddüdsüz itaətinə əsaslanır. Kimsə sonradan cəzalandırılmadığı bir çağırış edirsə, bu, avtomatik olaraq xaç atasının gücünü zəiflədir və gələcəkdə belə cəhdlərə yol açır. Cinayətkar Priqojin bunu edə bildisə, general Popov qərar verdi ki, o - peşəkar hərbçi də eyni iddiaları rəhbərlərinə bildirə bilər. Belə Popov-Spartaklar yenə olacaq. Bu, Putinin nəzarəti tamamilə itirdiyini göstərir. Bu, bir gündə olmaya bilər, lakin bütün bunlar rus qoşunlarının döyüş qabiliyyətinə təsir edəcək", - politoloq bildirib.
Piontkovskinin fikrincə, yeni qiyam Baxmutun itirilməsindən dərhal sonra başlaya bilər:
"Baxmut ətrafında şiddətli döyüşlər gedir. Baxmut hərbi baxımdan o qədər də böyük əhəmiyyət kəsb etməyə bilər. Məsələn, Melitopolun azad edilməsi Baxmutun azad edilməsindən qat-qat əhəmiyyətlidir. Amma Rusiyadakı böhranlı vəziyyəti nəzərə alaraq, Ukrayna rəhbərliyinin bunu (Baxmutun işğaldan azad edilməsi - red.) çox yaxşı başa düşməsi və diqqətini bu işə yönəltməsi Rusiyanın hərbi-siyasi elitasında partlayışa səbəb olacaq. Təsəvvür edin ki, nələr danışacaqlar: Priqojin Baxmutu aldı, ancaq Şoyqu, Gerasimov və Putin - üzr istəyirəm, icazə verin, cənab Priqojinin bəyanatından sitat gətirim, - yenə "batırdılar". Bax onda çoxlu Popovlar və Spartaklar üzə çıxacaq".
Oxu24.com
ŞƏRHLƏR