Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

Rusiyadan dəhşətli xəbər gəldi: Ölənlər var+VİDEO

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

Zəminə Məmmədovanı küçədə öldürmək istəyən şəxs tutuldu  - RƏSMİ

Bakıda bu ərazi plana düşdü  — Evlər və obyektlər söküləcək (VİDEO)

Bakıda bu ərazi plana düşdü  — Evlər və obyektlər söküləcək (VİDEO)

XƏBƏR LENTİ

10 May 2024
Prezident İlham Əliyev Qarabağda: dövlət başçısı Şuşaya qayıdan sakinlərlə görüşdü – CANLI
Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər
Yaponiya Rusiyanın strateji qüvvələrinin daim hazır olması ilə bağlı bəyanatı yüksək qiymətləndirib
ABŞ Aİ-ni F-16-nın Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini təxirə salmağa məcbur edir
Gürcüstan parlamenti xarici agentlər haqqında qanuna baxılması üçün son tarixi elan edib
Tbilisidə polis Belqorod sakinini saxlayıb
ABŞ-da şirkət Rusiya uranının idxalına qoyulan qadağaya istisna tələb edəcək
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Rusiyanın Almaniyadakı keçmiş Baş Konsulluğunun kompleksinə hücum olub
Orduda andiçmə mərasimləri keçirildi - VİDEO
BDU 136 boş vəzifəni müsabiqəyə çıxarıb
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO
BÜTÜN XƏBƏRLƏR
92586
az

Azərbaycan yalnız İsrailin deyil, həm də Qərbin böyük dostudur - İsrail siyasətçisi

15:5916 İyul, 2023
79
DÜNYA
  • A

Azərbaycan yalnız İsrailin deyil, həm də Qərbin böyük dostudur.

OXU24.COM  Trend-ə istinadən bildirir ki, bu barədə İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti, tanınmış siyasətçi və politoloq Ayub Karanın ölkəsinin geniş oxuyucu kütləsinə malik "İsrael Hayom" nəşrində dərc olunmuş məqaləsində yazıb.

"Nə üçün İsrail İran təhlükəsi qarşısında Azərbaycana kömək etməlidir?" sərlövhəli məqalədə qeyd olunub ki, İsrail kimi Azərbaycan da ona qarşı birmənalı sayılmayan yanaşmalar səbəbindən İran təhlükəsi qarşısında Qərb paytaxtlarında çox ehtiyac duyulan dəstəyi əldə etmək üçün çətin mübarizə aparır. İrandan qaynaqlanan ekzistensial təhlükə ilə üzləşən İsrailə qarşı fələstinlilərin yürütdüyü boykot və sanksiya hərəkatı Qərbdə İsrailə qarşı sanksiyaların tətbiq edilməsini hədəflədiyi kimi, erməni lobbisi də Kapitoli təpəsində analoji təhdid altında olan Azərbaycan əleyhinə fəaliyyət aparır və bu vəziyyət Tehrandakı mollaların həm Azərbaycana, həm də İsrailə qarşı düşmənçiliyini körükləyir. Sabiq nazir bu mənada ölkəsinin dost Azərbaycanı bütün vasitələrlə müdafiə etməsini alternativsiz seçim adlandırıb.
Ətraflı
Ad - 00:28

Diqqətə çatdırılıb ki, Azərbaycan təkcə İsrailin deyil, həm də Qərbin etibarlı dostudur. NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycanı "dəyərli tərəfdaş" adlandırıb və bu, ölkəmizin Əfqanıstandakı NATO missiyasına verdiyi töhfə ilə bağlı olub. Belə ki, Azərbaycan Türkiyə ilə birlikdə Kabildə həyata keçirilən təxliyə prosesləri zamanı Həmid Kərzai adına hava limanının təhlükəsizliyini təmin edib və nəticədə talibanlar tərəfindən ələ keçirilmiş ölkədən QHT və hökumət işçilərinin təhlükəsiz təxliyəsinə imkan yaradıb. Məqalədə Ceymstaun İnstitutuna istinadən bildirilib ki, Azərbaycanın NATO səylərinə töhfəsi 2002-ci ildə 22 sülhməramlı ilə başlayıb və missiyalarını bitirəndə onların sayı 120-yə çatıb. Azərbaycan sülhməramlıları NATO missiyasına quruda dəstək verməklə yanaşı, zəruri hərbi təchizatın təxminən 40 faizini tranzit marşrutları ilə təmin etməklə Əfqanıstandakı müttəfiq qüvvələrin maddi-texniki təminatını asanlaşdırıb.

Eyni zamanda, qeyd olunub ki, Stoltenberq Ukraynadakı müharibədən sonra kəskin qaz və neft çatışmazlığı ilə üzləşmiş bir sıra NATO üzv ölkələrinə Azərbaycanın qaz tədarükünü də yüksək qiymətləndirib. İsrailli politoloqun fikrincə, Azərbaycan Rusiyanın Avropaya qaz tədarükünü tam əvəzləməsə də, Avropanın Rusiya qazı və neftindən asılılığını azaltmaqda mühüm rol oynayır.

Sonda sabiq nazir belə qənaətə gəlib ki, Qərb İsrailin İranla bağlı narahatlığını nəzərə almalı olduğu kimi, Azərbaycanın da eyni qəbildən olan narahatlığını nəzərə almalıdır. Çünki İsrail və Azərbaycanın İran təhlükəsi ilə bağlı narahatlığı Ukraynanın Rusiya ilə əlaqədar narahatlığından heç də az əhəmiyyət kəsb etmir. Buna görə də Qərb İranın nüvə təhlükəsinə necə cavab verəcəyini düşünərkən İsrail və Azərbaycan da mollalarla danışıqlar masası arxasında söz sahibi olmalıdır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramp Baydeni DEBATA ÇAĞIRDI:
Lukaşenko üçüncü dünya müharibəsi ilə bağlı HƏYƏCAN TƏBİLİ ÇALDI
Türkiyədə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anıldı - FOTO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO