Dünyanın ən zəngin dilənçisi olan Bharat Jain çox kasıb bir ailədə doğulub. Həmin vaxtlar onun nə təhsil almağa, nə də iş tapmağa imkanı olub. Sonda o, dilənçilik "peşə"sini seçməyə qərar verib. Maraqlısı odur ki, Jain bu işlə həyatını asanlaşdırıb və gözəl yaşam əldə edib.
OXU24.COM lent.az-a istinadən bildirir ki, hazırda Bharat Jain adlı dilənçinin 1 milyondan çox sərvəti var. Amma buna baxmayaraq o, küçələrdə dilənçilik etməyi dayandırmır. Jain nəinki sərvət toplayır, həmçinin daşınmaz əmlaka ağıllı şəkildə investisiya qoyur.
Dilənçi var-dövlətini həyat yoldaşı, iki uşağı, qardaşı və atası ilə bölüşür. Varlı dilənçi övladlarının məktəbə getməsinə və təhsil almasına xüsusi diqqət yetirir.
Hindistan əhalisinin əksəriyyəti gündə bir neçə yüz rupi ilə çətinliklə dolansa da, Bharat təxminən 2500 rupi (təxminən 52 manat) qazanmağı bacarır. Məlumata görə, bunun üçün o, gündə cəmi 10-12 saat dilənir.
Bir ayda o, 60 mindən 75 min rupiyə qədər gəlir əldə edir. Hindistan sakinləri üçün bu çox əhəmiyyətli bir məbləğdir.
Xüsusilə, Mumbayda bahalı iki otaqlı mənzilə və Thanedə iki mağazaya sahibdir. O, ayda 30.000 rupi kirayə gəlir əldə edir.
Yerlilər ona bu işdən getməsi üçün yalvarırlar. Amma o, bunu rədd edir. Başqalarının fikrincə, onun dilənçiliyə bağlılığı bir sıra amillərlə, yəni vərdiş, başqa dilənçilərlə birlik hissi və emosional zövqlə bağlıdır.
Oxu24.com
ŞƏRHLƏR