Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92563
az

Ermənistanın iflası: uydurma iddialarını beynəlxalq ictimaiyyətə sırıya bilmir

20:0915 İyul, 2023
278
CƏMİYYƏT
  • A

Son dövrlərdə bir neçə beynəlxalq məhkəmənin Ermənistanın Azərbaycana qarşı uydurma iddialarını rədd etməsi göstərir ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilmir.

Bu barədə Trend-ə Azərbaycan Republikasının İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov deyib.

O bildirib ki, Ermənistan hər bir fürsətdən istifadə edərək uydurma iddialarla beynəlxalq məhkəmələrə müraciət edir. "Beynəlxalq məhkəmələrdə hüquqi yanaşma tətbiq edilərək ermənilərin əsassız iddiaları rədd edilir. Nəhayət biz görürük ki, beynəlxalq strukturlar tərəfindən haqlı qərarlar qəbul edilir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan xarici siyasətin məntiqi nəticəsidir ki, biz beynəlxalq strukturlara Azərbaycanın mövqeyini çatdırdıq və onlar bunu qəbul edirlər", - deyə o əlavə edib.

Qeyd edək ki, 2023-cü il 12 iyul tarixində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müvəqqəti təminat tədbirlərinin tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə Ermənistanın 2023-cü il 21 iyun tarixli tələbini tamamilə rədd edib. Avropa Məhkəməsi Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğuna dair qərar qəbul edib. Avropa Məhkəməsi nəzarət-buraxılış məntəqəsinin Laçın yolu boyunca hərəkətə mane olduğunu və Azərbaycanın 2022-ci ilin 21 dekabr tarixli Qərarını pozduğunu müəyyən etməyib.

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi 6 iyul 2023-cü il tarixində Ermənistanın Azərbaycana qarşı ərazi iddiasını rədd edib. Məhkəmə Ermənistanın 22 fevral 2023-cü il tarixli Qərarında dəyişiklik edilməsi barədə tələbini rədd edib.

Bundan əlavə, iyunun 21-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi terrorçuluqda, dövlət sərhədini qanunsuz keçməkdə və digər cinayətlərdə təqsirləndirilən iki erməni hərbi qulluqçusu barədə Ermənistanın Azərbaycana qarşı müvəqqəti təminat tədbiri tətbiq edilməsinə dair tələbini rədd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI
Xərçəngə səbəb ola bilən ət məhsullarının adları çəkilib
Bədəndə bioloji saatın sinxronizasiyası qocalmanın qarşısını ala bilər

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Narkotikin təsiri altında avtomobil idarə edən sürücülər saxlanıldı