Rusiyanın mümkün hücumuna qarşı NATO-nun gizli müdafiə planı 4400 səhifədən ibarətdir. Orada hücum zamanı alyans ölkələrinin nə etməli olduqları aydın şəkildə qeyd edilir.
OXU24.COM Axar.az-a istinadən bildirir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilib ki, Avropada NATO qoşunlarının komandanı təhlükə zamanı hər hansı məsləhət almadan qərar qəbul edə bilər.
Almaniya bu zaman əsas logistik mərkəz rolunu oynayacaq. Gələcəkdə 300 min hərbçi, o cümlədən 35 min Bundesver əsgəri yüksək hazırlıq səviyyəsində olacaq.
Həmçinin şərq cinahda böyük sayda hərbçi yerləşdirilməsi planlaşdırılır.
Almaniya Litvaya, Kanada Latviyaya, Britaniya Estoniyaya, ABŞ isə Polşaya cavabdeh olacaq.
Bundan əlavə, NATO-nun ikinci quru qoşunları komandanlığının yaradılması müzakirə edilsə də, hələ də həllini tapmayıb. Yerləşmə ərazisi kimi Visbaden şəhəri nəzərdə tutulur, hansı ki, orada artıq ABŞ-ın böyük bazası var.
NATO özünün sualtı kommunikasiyasını sualtı diversiyadan daha yaxşı qorumağa çalışır. Nortvudda hərbi-dəniz bazasında yeni müşahidə mərkəzi yaradılacaq.
Gələcəkdə alyansın bütün üzvləri ÜDM-nin 2 faizə qədərini müdafiə sahəsinə xərcləməlidir.
NATO şiddətli döyüşlərə tab gətirə bilən ağır silahlı birləşmələri genişləndirəcək, həmçinin hava hücumundan müdafiə sistemlərini gücləndirəcək, uzaq mənzilli artilleriya və raket ehtiyatlarını artıracaq.
Qeyd edək ki, bazar ertəsi NATO üzvləri alyansın Rusiyanın mümkün işğalına necə cavab verəcəyini təfərrüatı ilə əks etdirən regional planlar barədə razılığa gəliblər.
Oxu24.com
ŞƏRHLƏR