Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92508
az

Ana uşağın bezini dəyişəndə dəhşətə gəldi - Qan içindəydi - VİDEO - FOTO

22:5613 İyul, 2023
266
DÜNYA
  • A

Doğulduğu gündən bəri ağlayan uşağın bədənindən şpris iynəsi çıxıb.

OXU24.COM  haberler-e istinadla bildiri ki, Türkiyənin İğdır bölgəsində ikiaylıq körpənin bezini dəyişərkən onun ayağında şpris iynəsi aşkarlanıb. Körpənin anası Özləm Göydərənin sözlərinə görə, körpə doğulduğu gündən ağlayırmış, yatızdırandan 5 dəqiqə sonra yenə oyanıb ağlamağa davam edirmiş. Gecəsi-gündüzü olmayan körpənin bu davranışını köp, sancı ilə əlaqələndiriblər və öz-özünə keçəcəyini fikirləşiblər.

Bir neçə gün əvvəl, körpənin baldır nahiyəsində qızartı əmələ gəlib. Körpənin anası "Əvvəlcə elə bildim ki, zəhərli həşarat dişləyib, əhəmiyyət vermədim. Növbəti gün bezini dəyişəndə, oğlum qan içindəydi", - deyə əlavə edib. Körpənin ayağından 4 sm uzunluğunda iynə çıxarılıb. Təcili xəstəxanaya çatdırılıb. Körpə zəruri olan bütün analiz və yoxlamalardan keçib, sağlamlığı qaydasındadır.

Körpənin ailəsi məhkəməyə müraciət edib. Həkimlərə vəziyyəti dedikdə, onlar bunu körpənin ailəsi tərəfindən edildiyini və xəstəxana ilə heç bir əlaqəsinin olmadığını bildiriblər. "Boyunlarına almadılar. ya özünüz etmisiniz, ya parkda olub və s. kimi bəhanələrlə üstünü örtməyə çalışdılar", - deyə ana sonda əlavə edib.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidenti Moskvaya səfər edəcək
Həlak olanlardan biri bu universitetin tələbəsi imiş - Foto
Norveçdə qatarların hərəkəti tamamilə dayandırıldı - SƏBƏB

Qəza zamanı təyyarədə ən təhlükəsiz oturacaq hansıdır?— Ekspertdən açıqlama

18+

Moskva metrosunda bıçaqlanma - VİDEO
Təyyarənin vurulması xəbərinə Rusiyadan REAKSİYA +VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Usta öldü